IQNA

Misrin Fətvalar Evi:

Quranın "işarə dili"inə tərcümə edilməsi icazəlidir

8:41 - August 29, 2019
Xəbər sayı: 3485750
Misrin əl-Əzhər İslam Mərkəzinin tabeliyində olan "Darul-Fətava" (Fətvalar Evi) idarəsi Qurani-Kərimin işarə dili ilə tərcümə və təfsir edilməsinin icazəli olub-olmaması ilə bağlı sualı cavablandırıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin tabeliyində olan "Darul-Fətava" (Fətvalar Evi) idarəsi Qurani-Kərimin işarə dili ilə tərcümə və təfsir edilməsinin icazəli olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Darul-Fətava idarəsinin rəsmi "facebook" səhifəsində yayılan sual-cavabda deyilir:

Sual: "Nəzərə alsaq ki, eşitməyənlər Qurani-Kərimin sözlərini başa düşə bilmirlər və buna görə də Quranın qiraəti və mənasını dərk etməkdən məhrum olurlar, Quran ayələrini işarə dilinə tərcümə və təfsir etmək olarmı?"

Cavab: Qurani-Kərimin işarə dilinə tərcümə və təfsir edilməsi şəriət baxımından icazəlidir. Çünki bu iş Quran maarifinin bəzi fiziki qüsurlu insanlara başa düşüləcək tərzdə təbliğidir. Hətta insan şəri baxımdan bu işə məmurdur (yəni Quran maarifinin istənilən dilə tərcüməsi və çatdırılması). Necə ki, Həzrət Peyğəmbər (s) buyurur "bir ayə də olsa insanlara çatıdırın".

Cavabda əlavə edilib: "Quranın işarə dilinə tərcüməsi Ərəb dilinə uyğun olmalıdır ki, onun bədii ecazkarlığını da çatdıra bilsin və habelə işarə Quranın sözlərinin əvəzləyicisi deyil, təfsirçisi və mənasını çatdıran olmalıdır.  

http://iqna.ir/fa/news/3838213

Teqlər: iqna ، İşarə dili ، darul-fətava ، misr
captcha