IQNA

İraqda "2. Milli Azan Yarışları" keçiriləcək

9:16 - August 08, 2019
Xəbər sayı: 3485664
İraqın Kufə şəhərinin məşhur Kufə məscidinin "Darul-Quran" idarəsinin təşəbbüsü və evsahibliyi ilə "2. Milli Azan Yarışları" keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kufə şəhərinin məşhur Kufə məscidinin "Darul-Quran" idarəsinin təşəbbüsü və evsahibliyi ilə "2. Milli Azan Yarışları" keçiriləcək.

İraqın "2. əl-Ğədir Milli Azan Yarışları"nın keçirilməsinin dəqiq vaxtı Kufə şəhərinin Kufə məscidinin Darul-Quran idarəsi tərəfindən elan ediləcək.  

Bu yarışların ilk mərhələsi İraq Şiələrinin İslami Fondlar İdarəsinin  nəzdində fəaliyyət göstərən Milli Quran Elmləri Mərkəzinin təşəbbüsü ilə Bağdad əyalətində başlayıb.

Hər əyalət üzrə ilkin mərhələdə yarışların qalibi olmuş 4 nəfər sonrakı mərhələyə vəsiqə qazanır.

Yarışlara İraqın Milli Quran Elmləri Mərkəzinin Səbah Sari (qiraət ləhni), Əli əl-Xəfaci (səhih qiraət və həriflərin doğru tələffüzü) və Əli Həsən (muğam) mütəxəssisləri hakimlik edəcəklər.

http://iqna.ir/fa/news/3833185

برگزاری مسابقات ملی اذان در عراق

Teqlər: quran ، İraq ، iqna ، azan
captcha